Xəbərlər və Tədbirlər

STİMUL Təhsil və Konsaltinq Mərkəzi ASAN İnnovativ İnkişaf Mərkəzi ilə əməkdaşlığa başlayıb

22.12.2021

STİMUL Təhsil və Konsaltinq Mərkəzi ASAN İnnovativ İnkişaf Mərkəzi ilə əməkdaşlığa başlayıb.

Kadr potensialının gücləndirilməsi, yerli və qlobal bazarda şəxsi və peşəkar inkişafa xidmət edən təlim xidmətlərinin və digər inkişaf proqramlarının təqdim edilməsi məqsədilə ölkənin bir sıra uğurlu təlim şirkətləri ilə əməkdaşlığa başlayan ASAN İnnovativ İnkişaf Mərkəzi ilə Anlaşma Memorandumu imzalandı.

Memoranduma əsasən, birgə əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlər üzrə təlim planı və proqramlar hazırlanacaq, şəxsi və peşəkar inkişafa xidmət edən layihələr, tədbirlər, proqramlar, kurslar və s. təşkil ediləcək, həmçinin hüquqi və fiziki şəxslərin ehtiyaclarına uyğun olaraq bilik, bacarıq və səriştələrin formalaşdırılması və ya artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə kadr hazırlığı həyata keçiriləcək.